BİZİM KADRLAR – BİZİM FƏXRİMİZDİ!

İndiki yüksək və orta səviyyəli bütün rəhbərlər satıcılıqdan, əlaqələndiricilikdən, usta köməkçiliyindən  başlamışlar.

Bir neçə uğurun tarixçələrini aşağıda veririk.

 

Allahverdiyev Namiq- tortlar sexinin rəisi

Şirkətdə 13.06.2007-ci ildən işləyir, 2010-cu ildə koordinator vəzifəsində işləməyə başlamışdır. Bir o qədər vaxt keçmədən koordinalsiya şöbəsinə rəhbərlik etməyə başlayır. Lider olduğuna görə təhsil alaraq 2014-cü ilin aprelindən bu günə kimi tortlar sexinin rəisi vəzifəsində işləyir. Onun rəhbərliyi altında 100 nəfər işçi çalışır. O özünün böyük və çox məsuliyyətli işinin öhdəsindən layiqincə gəlir. Namiq öz uğuru haqqında deyir: “İstehsalatın idarə edilməsi sahəsində mən öz biliklərimi artırıram. Ən başlıcası odur ki, qazanılmış bilikləri və vərdişləri inkişaf etdirmək və bilavasitə gündəlik işdə istifadə etmək mümkündür. Bizim ümumi uğurumuz və nailiyyətlərimiz sıx qarşılıqlı korporativ əlaqələrin nəticəsidir. Bu münasibətlər birlikdə işlədiyin adamlara tam inama və onları dəstəkləməyə əsaslanır. Buna görə də biz iş yerində baş verənlərə olduqca diqqətlə yanaşırıq”.

Məmmədova Samirə – korporativ məşqçi

Onun cəmi 17 yaşı olanda, 2008-ci ildə şirkətimizin  Neftçilərdə yerləşən birinci mağazasında işə düzəlmişdir. İş təcrübəsinin az olmasına baxmayaraq Samirə qısa zamanda menecer assistentinin köməkçisi vəzifəsinə keçir.2009-cu ildə menecer vəzifəsini tutur. 2011-ci ildə onun rəhbərlik etdiyi mağaza satış üzrə birinci yerə çıxıb. Onun inkişaf etmək istəyi, bacarığı, vərdişləri, bilikləri onun inkişafina kömək etdi, hal-hazırda o şirkətin işçilərinin və təcrübə keçənlərin öyrədilməsi üzrə məşqçi işində çalışır. Samirə şirkəti nəyə görə qiymətləndirir: “AZZA məndə xarakter tərbiyə etdi. Mən qarşımda məqsəd qoymağı və ona nail olmağı öyrəndim. Böyük təcrübə qazandım və qazanmaqda davam edirəm. İş mənə o qədər yaxın olub ki, məni burada həmişə başa düşürlər və dəstəkləyirlər. Mən yaxşı işçiləri qiymətləndirən şirkətdə işləyirəm.

Hüseynov Nəriman – AZZA AQRO fermer layihəsinin layihəçi meneceridir

2011-ci ildə şirkətin dekor şöbəsinə usta köməkçisi vəzifəsinə gəlmişdir. 2012-ci ildə o ”Tortların yığılması”  söbəsinin rəisi oldu. Elə həmin ildə o, özünü şirkətin AZZA AQRO fermer layihəsində sınamaq təşəbbüsü irəli sürdü. Qida məhsulları üzrə texnoloji təhsili nəzərə alınaraq südün emalı üzrə texnoloq vəzifəsinə keçirilib. Onun işə yanaşması, fəal özünü inkişaf etdirmə səyləri peşəkarlıq istiqamətində yüksəlməsinə kömək edib.

Şəbnəm Eyyubova – korporativ məşqçi

Şirkətdə 2011-ci ildə Nizami  “Torqovı” küçəsində yerləşmiş mağazada satıcı kimi işə başlamışdır. Şirkət barəsində qonşusundan məlumat almışdır, işin qrafiki, şəraiti və əmək haqqının vaxtı-vaxtında verilməsi onu təmin edir. İndi Şəbnəm AZZA haqqında nə deyir: “Mənim üçün bura ikinci evimdir, ailədir. Bütün işlədiyim dövrdə kollektiv mənə kömək edir, ruhlandırır, şirkət öz əməkdaşlarını qiymətləndirir, onların təhsil alması və inkişafı üçün bütün köməklikləri göstərir”.

 

Həmçinin servis menecer Sevil Cəfərova, kateqoriya meneceri İnarə Rüstəmova, Əhmədlidə yerləşən mağazanın meneceri Venera Rüstəmova, korporativ məşqçı Səbinə Quliyeva şirkətin əfsanəsi və qeyri-formal liderləri kimi tanınırlar.