İSTEHSALAT – DÜNYA STANDARTLARI KEYFİYYƏTİ

Hal-hazırda bizim 2 seximiz var: tort və şirniyyat. Biz “Kulinariya” istiqamətində işləməyə başlamışıq.

Bizim istehsalat sexlərində mütərəqqi texnologiyalar tətbiq edilir, dünyada qida sənayesinin liderlərinin, məsələn: Mive şirkətinin sobaları və tədricən qıcqırma kamerası, Diosna mikseri, Rondo xəmir açan maşını, Bakon çökdürən maşını və digər avadanlıqlarından istifadə edilir.

Biz daim çeşidin genişləndirilməsi üzərində işləyirik, yeni istehsal texnologiyalarını tətbiq edirik, işçiləri fasiləsiz olaraq inkişaf etdiririk və oxuduruq. Bütün bunlar bizə yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir.

Hal-hazırda bizdə aşağıdakı boş yerlər vardır:

1. Heykəltaraş-qənnadçı

Tələblər:

  • Orta təhsil (Ə.Əzimzadə və İncəsənət Universitetini bitirənlərə üstünlük veriləcək)
  • Cinsi – fərq etmir
  • Yaş həddi 22-40
  • Ən azı bir il iş təcrübəsi
  • Rəssamlıq qabiliyyəti
  • Tövsiyyə məktubu mütləqdir

Öhdəliklər :

  • Marsipandan tortun və çətin fiqurların hazırlanması
  • Tortların üzərində yazıların aparılması
  • Sifarişlərin yerinə yetirilməsi, əməkdaşlara ümumi işlərdə köməklik etməsi
  • Hər bir sifarişə diqqətlə yanaşma və işlərin sona qədər yetirilməsi
  • Kreativ, işdə aktivlik, inkişaf etmiş ünsiyyət bacarıqları, təşəbbüs, maraqlı və qeyri-standart problemləri həll etmək istəyi
  • Yeni marsipan fiqurların və dekorativ yazıların təklifi

 Şirkət təklif edir:

  • Əmək haqqı 500-700 AZN
  • Nahar yeməyi
  • Altı günlük iş rejimi
  • Professional inkişaf
  • Rəsmi qeydiyyat

2. Qənnadçı

 Namizədə tələblər

  • 20-40 yaş arası xanımlar/bəylər
  • Komandada işləmək bacarığı
  • Orta təhsil
  • Dəqiq və səliqəli şəxslər

 Əlavə məlumatlar

  • Əmək haqqı 300-350 azn
  • Rəsmi qeydiyyat
  • 6 günlük iş rejimi
  • Səhər və nahar yeməyi  şirkət tərəfindən verilir
  • İş yeri: Nəsimi bazarı yaxınlığı

3. Qablaşdırıcı

 Namizədə tələblər

  • 20-40 yaş arası xanımlar/bəylər
  • Komandada işləmək bacarığı
  • Orta təhsil
  • Dəqiq və səliqəli şəxslər

 Əlavə məlumatlar

  • Əmək haqqı 300 azn
  • Rəsmi qeydiyyat
  • 6 günlük iş rejimi
  • Səhər və nahar yeməyi  şirkət tərəfindən verilir
  • İş yeri: Ayna Sultanova heykəli yaxınlığında

4. Şokolad ustası

Tələblər:

  • Orta ixtisas
  • Cinsi- fərq etmir
  • Yaş həddi 27 - 45
  • Bu ixtisas üzrə ən azı 2 il iş stajı
  • Şokolad reseptini və şokolad istehsalının texnologiyasını bilmək

 Öhdəliklər:

  • Müxtəlif çeşiddə şirniyyat və şokolad məhsullarının istehsalı üçün resept və müasir texnologiyaların işdə tətbiqi
  • Şokolad məhsulların istehsalı (fiqurlar, konfetlər və s.)
  • İstehlak xammalın və yarımfabrikatların istifadə normaları

Səriştələr:

  • Fəallıq
  • Yaradıcılıq
  • Məsuliyyət
  • Dəqiqlik

 Şirkət təklif edir:

  • Əmək haqqı razılıq yolu ilə
  • Şirkət hesabına nahar
  • Altı günlük iş rejimi
  • Professional inkişaf
  • Rəsmi qeydiyyat

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@azza.az  elektron ünvanına, mövzu hissəsində vəzifənin adı qeyd olunmaqla, göndərə bilərlər.

 

VAKANSİYALAR

Istehsal

Ofis

Mağazalar

Form