Məhsullar
Negroni – məşhur İtaliyan ət brendidir . Brend yüz ildən çoxdur ki, delikates ət məhsullarının lideridir. Negroni şirkəti ən yüksək beynəlxalq sertifikatlaşdırma standartlarına nail olmaq üçün Avropa qaydalarına davamlı şəkildə və diqqətlə riayət etməyi hədəfləyir.
Aqro-sənaye şirkəti olan Weles Agro, Bashorov Meat House markası ilə birinci dərəcəli məhsullar istehsal edir. Kolbasa, ət delikatesləri və yarımfabrikatlar vitaminlər və mikroelementlərlə zənginləşdirilmiş ekoloji cəhətdən təmiz, GMO olmayan yemdə yetişdirilən soyudulmuş toyuq ətindən və mal ətindən hazırlanır. Çəkilmiş ətin ayrılmaz hissəsi premium mal ətidir. Bütün məhsullar HALAL – dır. Xammalın qəbulundan (işlənməsindən) hazır məhsulun istehsalına qədər məhsul istehsalı prosesi Halal Audit və İdarəetmə Mərkəzinin (HALAL) bir nümayəndəsi tərəfindən idarə olunur və sertifikata malikdir.