Məhsullar

Baqqaliyyə

MLESNA, HALPE TEA, JAF TEA, Corsini, Noberasco kimi markaların bütün baqqaliyyə növlərini kəşf edin.

Baqqaliyyə

Mlesna

Mlesna – elit seylon çayıdır. Mlesna çay şirkəti otuz ildən artıqdır ki, Şri-Lanka adasında qurulmuşdur. Bu gün bu marka elə bir dünya brendidirki, keyfiyyətin təminatına zəmanət verir.Bu şirkətin peşəkar dequstatorları 200-dən çox çay reseptini inkişaf etdirmişdirlər. Bu çay dünyanın 60-dan çox ölkəsində idxal olunur, onların içində Kanada, Rusiya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, Qərb və Şərqi Avropa ölkələri yer tutur.

Baqqaliyyə

Halpe Tea

A. P. D. Abeyrathne çay plantasiyaları və çay fabrikini İngilis hökumətindən almaqla 1971-ci ildə şirkəti təsis etmişdir. Halp Tea plantasiyaları Şri Lankanın Uva bölgəsində dəniz səviyyəsindən təxminən 1000 metr yüksəklikdə yerləşir. 2008-ci ildə onların fabriki Uva bölgəsində, Şri-Lankada ən böyük fabrik olaraq tanınıb. 2016-cı ildə şirkət Şri Lankanın Milli Palatası tərəfindən Şri Lankanın ən yaxşı ixracatçısı kimi tanınıb. Şirkətin bütün məhsulları ciddi şəkildə ISO, HACCP, Ozon Friendly beynəlxalq standartlarına uyğun olaraq istehsal olunur.

Baqqaliyyə

Jaf Tea

"Jaf Tea" – "Jafferjee Brothers" ailə şirkətinin qabaqcıl markasıdır hansıki, Şri-Lankada yerləşir.Hal-hazırda "Jaf Tea" dünyanın 30-dan çox ölkəsində satılır. Bütün çeşidlər hər bölgənin müəyyən xarakterini daşıyır. "Jaf Tea" ən çox Seylon qara çay üzərində konsentrə olunur. Şri-Lankada hər bir vilayət müxtəlif bir dadla, ətirlə və xarici görünüşlə çay istehsal edir.

Baqqaliyyə

Corsini

Caffè Corsini 1950-ci ildə İtaliyada Arezzo Corsino Corsini-də təsis edilmişdir. Şirkət hazırda öz məhsullarını dünyanın 60-dan çox ölkəsində təqdim edir. Korsini qəhvəsi ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir.

Baqqaliyyə

Pasta Granoro

Granoro markalı makaron fabriki 1967-ci ildə yaradılıb. Granoro müxtəlif növ makaron (Gluten free, gli Speciali, I classici, Dedicato, Bio), həmçinin un, zeytun yağı, peçenye və konservlər istehsal edir.

Baqqaliyyə

Olio Dante

Olio Dante SpA - Dante, Lupi, Olita, Oio və Topazio brendləri altında fəaliyyət göstərən sızma zeytun yağı, zeytun yağı, bitki yağı, souslar və ətirli yağlar istehsal edən İtaliya şirkətidir.

Baqqaliyyə

OLEARIA CLEMENTE

«OLEARIA CLEMENTE» şirkəti İtaliyada zeytun yağı istehsalı üzrə öndə gedən şirkətlərdəndir. 1895 –ci ildən bugünə kimi “Olearia klemente” Apuliya ərazisindən yığılan məhsullardan extra virgin (fiziki qüvvə ilə sıxılan) zeytun yağlarının istehsalını həyata keçirir.

Baqqaliyyə

Varvello

Seçilmiş İtalyan süfrə şərablarının bioloji və təbii fermentasiyası nəticəsində əldə edilən yüksək keyfiyyətli şərab sirkələridir: Ağ sirkə üçün Siciliyadan ağ şərablar və Qırmızı sirkə üçün Mərkəzi İtaliyadan qırmızı şərablar istifadə olunur.

Baqqaliyyə

Liking

Liking konfetləri 100 ildən artıq müddətdir ki, İtaliyada istehsal olunur. Hal-hazırda Avropa konfet sənayesinin əsas istehsalçılarından biridir. Məhsulların sırasında həmçinin orqanik, bio və faydalı konfetlər də mövcuddur.

Baqqaliyyə

Pastiglie Leone

Pastiglie Leone şirniyyat, jele, saqqızlı şirniyyatlar, biyan kökü, zərif şokolad, şəkərsiz və kalorisiz pastillər istehsal edən İtalyan şirniyyat istehsalçısıdır . Şirniyyatlar müxtəlif dadlarda istehsal olunur.

Baqqaliyyə

Carmencita

Carmencita – 1923–cü ildə İspaniyada Jesus Navarro tərəfindən qurulan dünya şöhrətli ədviyyat və bitki tərkibli təbii çay həmçinin, digər bir sıra təbii məhsullar istehsalçısıdır.

Baqqaliyyə

Doğuş Çay

Doğuş çay – 1985-ci ildən Türkiyədə fəaliyyətə başlayan dünya üzrə tanınmış çay istehsalı şirkətidir. Şirkət yüksək keyfiyyətli çay paketləri, yaşıl çay və bitki-meyvə çayları istehsal edir

Baqqaliyyə

Contado degli Acquaviva

Əsası 2000-ci ildə qoyulmuş, İtaliyanın Collecorvino şəhərində yerləşən dünya şöhrətli turşu məhsulları istehsalçısıdır.

Baqqaliyyə

Noberasco

Noberasco – 1908-ci ildə İtaliyada Benedetto Noberasco tərəfindən yaradılmış, bir çox dadda meyvə quruları və çərəz istehsal edən dünya üzrə böyük nüfuza sahib şirkətdir.

Baqqaliyyə

Zuegg

Zuegg 1860-ci ildən etibarən İtaliyada təbii məhsullardan istifadə edərək, zərərli əlavələr qatmadan meyvə, giləmeyvə cemləri və konservləşdirilmiş tərəvəzləri istehsal edir.

Baqqaliyyə

Belberry

Belberry - seçilmiş inqrediyentləri sevgi və diqqətlə hazırlayan Belçika markasıdır

Baqqaliyyə

Pellini

Pellini kofe 1922-ci ildən fəaliyyət göstərən İtaliya markasıdır. Bu gün Pellini İtaliyada beşinci ən böyük qəhvə istehsalçısıdır. Pellini istehsal dövrünün tamamilə bütün mərhələlərində keyfiyyət məsələlərinə ciddi diqqət yetirir.

Baqqaliyyə

Vital

Belçika istehsalı Vital nuqaları ilə bənzərsiz dadı kəşf edin

Baqqaliyyə

Karoma

Karoma kofe 1986-cı il Salvatore Ferraioli tərəfindən İtaliyada qurulmuşdur. Ən yaxşı xammalın seçilməsi bütün məhsulların keyfiyyətində özünü biruzə verir.

Baqqaliyyə

Olio Arioli

Olio Arioli - sızma zeytun yağı, zeytun yağı, bitki yağı, zeytun məhsulları istehsal edən İtaliya şirkətidir.

Baqqaliyyə

Curtiriso

Curtiriso 1875-ci il Alp dağlarının ətəyində fəaliyyətə başlamışdır. Ən müasir sənaye texnologiyalarından istifadə edilərək düyü və düyü məhsulları istehsal edən bu şirkət üçün məhsulun keyfiyyəti ən önəmli faktordur.

Baqqaliyyə

HUILERIE DE LAPALISSE

Təxminən 125 ildir ki, HUILERIE DE LAPALISSE orijinal və dadlı yağlar istehsal edir.

Baqqaliyyə

Edmond Fallot

Edmond Fallot 1840-cı ildən etibarən Fransada fəaliyyət göstərir. Şirkət aromatik xardal, sirkə və turşu istehsalı ilə məşğuldur.

Baqqaliyyə

Neri

Neri 70 ildən çoxdur ki, İtaliyanın Toskana regionunda turşu istehsalı ilə məşğul olur.

Baqqaliyyə

Polan

Şirkətin yaranma tarixi 1969-cu ilə təsadüf edir. O vaxtlar Tarnovda evdə hazırlanmış konservləşdirilmiş xiyarları bankalarda istehsal edən kiçik ailə fabriki yaradılmışdı. Bu gün Polan müasir müəssisədir, 15 000 kv. qapalı məkan və qabaqcıl istehsal xətləri, dünya səviyyəsində ən yüksək keyfiyyətli 100 konserv məhsulu çeşidini istehsal etməyə imkan verir.

Baqqaliyyə

Argente

Argente, 100 illik təcrübəyə sahib, kartof və qəlyanaltıların istehsalı üzrə ixtisaslaşmış İspaniya şirkətidir. Şirkət təbii məhsulların istehsalına önəm verir.

Baqqaliyyə

La Barraca

La Barraca 1912-ci ildən İspaniyada bitki və ədviyyatlar üzrə ixtisaslaşmış şirkətlər arasında ənənəvi və prestijli brendlərdən biridir.

Baqqaliyyə

Verival

Verival 30 ildən çoxdur ki, Avstriyada təbiə􀆟n qoynunda yerləşən ərazidə tam təbii tərkibli səhər yeməklərini istehsal edir. Bu məhsullar 100% təbii tərkibli, orqanik, vitamin və minerallar ilə zəngindir. Hazırlanan yeməklər 3 dəqiqə ərzində hazırlanır.

Baqqaliyyə

Fattorie Umbre

Fattorie Umbre 1989-cu ildən sousların, əsasən Tomato Pasta sousu, Pestos və Bruschetta Spread istehsalı üzrə ixtisaslaşmış italyan istehsalçısıdır. Məhsulların hazırlanmasında kimyəvi konservantlar istifadə edilməyib.

Təşəkkür edirik!

Sizin anketiniz müvəffəqiyyətlə göndərilib.

Mütəxəssislərimiz qısa zaman ərzində sizinlə əlaqə saxlayacaq.