Məhsullar

Baqqaliyyə

MLESNA, HALPE TEA, JAF TEA, Pasta Granoro,Zuegg kimi markaların bütün baqqaliyyə növlərini kəşf edin.

decor
Baqqaliyyə

Mlesna

Mlesna – elit seylon çayıdır. Mlesna çay şirkəti otuz ildən artıqdır ki, Şri-Lanka adasında qurulmuşdur. Bu gün bu marka elə bir dünya brendidirki, keyfiyyətin təminatına zəmanət verir.Bu şirkətin peşəkar dequstatorları 200-dən çox çay reseptini inkişaf etdirmişdirlər. Bu çay dünyanın 60-dan çox ölkəsində idxal olunur, onların içində Kanada, Rusiya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, Qərb və Şərqi Avropa ölkələri yer tutur.

decor
Baqqaliyyə

Halpe Tea

A. P. D. Abeyrathne çay plantasiyaları və çay fabrikini İngilis hökumətindən almaqla 1971-ci ildə şirkəti təsis etmişdir. Halp Tea plantasiyaları Şri Lankanın Uva bölgəsində dəniz səviyyəsindən təxminən 1000 metr yüksəklikdə yerləşir. 2008-ci ildə onların fabriki Uva bölgəsində, Şri-Lankada ən böyük fabrik olaraq tanınıb. 2016-cı ildə şirkət Şri Lankanın Milli Palatası tərəfindən Şri Lankanın ən yaxşı ixracatçısı kimi tanınıb. Şirkətin bütün məhsulları ciddi şəkildə ISO, HACCP, Ozon Friendly beynəlxalq standartlarına uyğun olaraq istehsal olunur.

decor
Baqqaliyyə

Jaf Tea

"Jaf Tea" – "Jafferjee Brothers" ailə şirkətinin qabaqcıl markasıdır hansıki, Şri-Lankada yerləşir.Hal-hazırda "Jaf Tea" dünyanın 30-dan çox ölkəsində satılır. Bütün çeşidlər hər bölgənin müəyyən xarakterini daşıyır. "Jaf Tea" ən çox Seylon qara çay üzərində konsentrə olunur. Şri-Lankada hər bir vilayət müxtəlif bir dadla, ətirlə və xarici görünüşlə çay istehsal edir.

decor
Baqqaliyyə

Pasta Granoro

Granoro markalı makaron fabriki 1967-ci ildə yaradılıb. Granoro müxtəlif növ makaron (Gluten free, gli Speciali, I classici, Dedicato, Bio), həmçinin un, zeytun yağı, peçenye və konservlər istehsal edir.

decor
Baqqaliyyə

Olio Dante

Olio Dante SpA - Dante, Lupi, Olita, Oio və Topazio brendləri altında fəaliyyət göstərən sızma zeytun yağı, zeytun yağı, bitki yağı, souslar və ətirli yağlar istehsal edən İtaliya şirkətidir.

decor
Baqqaliyyə

Varvello

Seçilmiş İtalyan süfrə şərablarının bioloji və təbii fermentasiyası nəticəsində əldə edilən yüksək keyfiyyətli şərab sirkələridir: Ağ sirkə üçün Siciliyadan ağ şərablar və Qırmızı sirkə üçün Mərkəzi İtaliyadan qırmızı şərablar istifadə olunur.

decor
Baqqaliyyə

Liking

Liking konfetləri 100 ildən artıq müddətdir ki, İtaliyada istehsal olunur. Hal-hazırda Avropa konfet sənayesinin əsas istehsalçılarından biridir. Məhsulların sırasında həmçinin orqanik, bio və faydalı konfetlər də mövcuddur.

decor
Baqqaliyyə

Carmencita

Carmencita – 1923–cü ildə İspaniyada Jesus Navarro tərəfindən qurulan dünya şöhrətli ədviyyat və bitki tərkibli təbii çay həmçinin, digər bir sıra təbii məhsullar istehsalçısıdır.

decor
Baqqaliyyə

Zuegg

Zuegg 1860-ci ildən etibarən İtaliyada təbii məhsullardan istifadə edərək, zərərli əlavələr qatmadan meyvə, giləmeyvə cemləri və konservləşdirilmiş tərəvəzləri istehsal edir.

decor
Baqqaliyyə

Pellini

Pellini kofe 1922-ci ildən fəaliyyət göstərən İtaliya markasıdır. Bugün Pellini İtaliyada beşinci ən böyük qəhvə istehsalçısıdır. Pellini istehsal dövrünün tamamilə bütün mərhələlərində keyfiyyət məsələlərinə ciddi diqqət yetirir.

decor
Baqqaliyyə

Olio Arioli

Olio Arioli - sızma zeytun yağı, zeytun yağı, bitki yağı, zeytun məhsulları istehsal edən İtaliya şirkətidir.

decor
Baqqaliyyə

Neri

Neri 70 ildən çoxdur ki, İtaliyanın Toskana regionunda turşu istehsalı ilə məşğul olur.

decor
Baqqaliyyə

Polan

Şirkət 1969-cu ildə yaradılıb. O zaman Tırnovoda evdə konservləşdirilmiş xiyarları bankalarda istehsal edən kiçik ailə fabriki yaradıldı. Bu gün Polan 15.000 kvadratmetr sahəsi olan müasir bir müəssisədir. Qapalı binalar və müasir istehsal xətləri bizə bütün dünyada ən yüksək keyfiyyətli 100 çeşiddə konserv məhsulları istehsal etməyə imkan verir.

decor
Baqqaliyyə

La Barraca

La Barraca 1912-ci ildən İspaniyada bitki və ədviyyatlar üzrə ixtisaslaşmış şirkətlər arasında ənənəvi və prestijli brendlərdən biridir.

decor
Baqqaliyyə

Verival

Verival 30 ildən çoxdur ki, Avstriyada təbiətin qoynunda yerləşən ərazidə tam təbii tərkibli səhər yeməklərini istehsal edir. Bu məhsullar 100% təbii tərkibli, orqanik, vitamin və minerallar ilə zəngindir. Hazırlanan yeməklər 3 dəqiqə ərzində hazırlanır.

decor
Baqqaliyyə

Fattorie Umbre

Fattorie Umbre 1989-cu ildən sousların, əsasən Tomato Pasta sousu, Pestos və Bruschetta
Spread istehsalı üzrə ixtisaslaşmış italyan istehsalçısıdır. Məhsulların hazırlanmasında kimyəvi konservantlar istifadə edilməyib.

decor
Baqqaliyyə

Gum İndaco

Col fresh saqqızları İtaliyada İndaco şirkəti tərəfindən istehsal olunur.

decor
Baqqaliyyə

Honey Apidis

Fransa istehsalı olan Apidis bal məhsulları 1890-cı ildən etibarən ailə şirkəti olaraq fəaliyyətə başlayıb. Şirkət məhsullarının inkişafında maksimum keyfiyyəti qorumağa çalışır.

decor
Baqqaliyyə

Rice Little İndia

Little İndia düyü markasını Hindistanda Anvi Exim şirkəti istehsal edir. Anvi Exim bütün ehtiyaclarımız üçün ən keyfiyyətli düyü təqdim etmək öhdəliyini öz üzərinə götürüb.

decor
Baqqaliyyə

Pafritas

Pafritas 1994-cü il İspaniyada üç qardaş və anaları tərəfindən qurulmuşdur. Pafritas məhsullarının istehsalında 100% zeytun yağı, Aralıq dənizi duzu və İspaniya kartoflarından istifadə olunur.

decor
Baqqaliyyə

Mabroc

Şri-Lanka istehsalı Mabroc 50-dən çox ölkəni yüksək keyfiyyətli Seylon çayı ilə təmin edir.

decor
Baqqaliyyə

Ybarra

İspaniya şirkəti olan Ybarra artıq 170 ildən çoxdur ki, yüksək keyfiyyətli zeytun yağları, zeytun məhsulları, sous və mayonezləri istehsal edir. Bu şirkət yağların, sirkələrin, zeytunların, mayonezlərin və sousların tam çeşidinin istehsalında ixtisaslaşmışdır.

decor
Baqqaliyyə

Stollenwerk

Almaniyada 1932-ci ildən bəri fəaliyyət göstərən Stollenwerk konservləşdirilmiş tərəvəz və meyvələrin güclü markasını təmsil edir.

Təşəkkür edirik!

Sizin anketiniz müvəffəqiyyətlə göndərilib.

Mütəxəssislərimiz qısa zaman ərzində sizinlə əlaqə saxlayacaq.