Şirniyyat və tort sexləri

Bizim tort və şirniyyat sexlərimiz Bakı şəhərində yerləşir. Sexlərin dəqiq yerini bilməsəniz də, vanil, kakao və darçının ətrafa yayılan ləzzətli qoxusu sizi məkana doğru gətirəcək.

Biz sexlərimizdə müxtəlif çeşidli qənnadı məmulatlarını istehsal edirik:

Keyfiyyətə nəzarət

Keyfiyyətə nəzarət - məhsullarımızın uğurunun əsas sirlərindən biridir. Keyfiyyətə nəzarət şöbəsindən başqa bütün qənnadı məmulatları həmçinin rəhbərliyin də şəxsi nəzarəti altındadır.İstehsalda istifadə olunan bütün maddələr bir neçə yoxlama mərhələsindən keçir, hərtərəfli təmizlənir və yalnız bundan sonra hazırlıqda istifadə olunur.

Reseptlərin seçilməsi

Məhsullarımızın resepti hər bir işçinin rəyi nəzərə alındığı dequstasiyada ciddi seçimdən keçir. Bütün bunlar isə müştərilərimizin tələblərinə cavab verə bilmək üçündür.

Yüksək Texnologiya

İstehsalat sexlərində qabaqcıl texnologiyalar tətbiq edilib və yeyinti sənayesi üzrə dünya liderlərinin müasir avadanlıqları quraşdırılıb. Məsələn, sobalar və tədricən qıcqırma kameraları Miwe, Mikserlər Diosna, xəmir yoğuran avadanlıq Rondo, çökdürən maşın Bakon və s.

Şirniyyat məmulatlarımızın dadı artıq uzun müddətdir ki, heç nə ilə qarışdırılmayacaq klassikaya çevrilib.

Hal-hazırda biz ləziz tort və şirniyyatlarla daha çox insanı sevindirmək üçün istehsalımızı genişləndiririk.

AZZA İstehsalatı üzrə ekskursiya

Təşəkkür edirik!

Sizin anketiniz müvəffəqiyyətlə göndərilib.

Mütəxəssislərimiz qısa zaman ərzində sizinlə əlaqə saxlayacaq.