Məhsullar
OGEU - Pireney dağından olan Fransanın mineral su brendidir. Ogeu təbii mineral suyu 1955-ci ildən yüksək keyfiyyətli qazlı su istehsalında istifadə olunur. Çeşiddə qazlı və qazsız mineral sular, portağal və limon ətirli limonadlar, şəkərsiz limonad, həmçinin laym ətirli və klassik toniklər vardır.
Molecola, İtaliyanın Turin əyalətinin Rivoli şəhərində istehsal olunan koladır. Şirkət süni ləzzətlərdən istifadə etmədən müxtəlif dadda içkilər hazırlayır. (Klassik - Şəkərsiz - Orqanik - Kofeinsiz)
Koreya şirkəti OKF 1997-ci ildən 20 ildən artıqdır ki, bazardadır. Bu müddət ərzində şirkət dünyada 1 nömrəli içki istehsalçısı olub, həmçinin aloe vera tərkibli içkilərin bazar payının 76%-ni təşkil edir. OKF 750-yə yaxın müxtəlif növ içki istehsal edir və Amerika, Avropa, Asiya və Afrikanın 160 ölkəsinə ixrac edir
Don Simón, 1980-ci ildə J. García Carrión tərəfindən yaradılmış məşhur İspaniya brendidir. İlk dəfə karton qablaşdırmada şərab istehsal edərək bazara daxil olan Don Simón, zamanla məhsul çeşidini genişləndirərək müxtəlif içkilər təqdim etməyə başlamışdır.
Məhsul çeşidi:
Şirələr və nektarlar: 100% təbii portağal şirəsi, ananas, alma və üzüm qarışıqları da daxil olmaqla geniş çeşiddə meyvə şirələri və nektarlar.
Don Simon keyfiyyət və innovasiyalara verdiyi önəm sayəsində təkcə İspaniyada deyil, bütün dünyada məşhur bir brendə çevrilmişdir.
Galvanina – Təbii İtalyan sərinliyi
100 ildən çox tarixə malik olan Galvanina, təbii mineral sular, üzvi içkilər və qazlı meyvə şirələri üzrə İtalyanın aparıcı brendlərindən biridir. İtaliyanın Adriatik sahillərində yerləşən Galvanina, məhsullarında saf təbii su və yüksək keyfiyyətli üzvi inqrediyentlərdən istifadə edir.
Brendin məhsulları – qazlı limonadlar, çaylar, meyvə şirələri və mineral sular – həm dad, həm də təravət baxımından fərqlənir. Şəkərsiz, boyasız və konservantsız olan bu içkilər sağlam və ləzzətli seçimdir.
🔸 Üzvi sertifikatlı tərkib
🔸 Təbii minerallarla zəngin
🔸 Göz oxşayan premium qablaşdırma
Galvanina – İtalyan keyfiyyəti ilə sərinləyin!
Təşəkkür edirik!
Sizin anketiniz müvəffəqiyyətlə göndərilib.
Mütəxəssislərimiz qısa zaman ərzində sizinlə əlaqə saxlayacaq.