Məhsullar

Şokolad

Guylian, Valor, Caffarel, Maxtris kimi markalardan ibarət dadlı şokolad, nuqa və qurabiyə çeşidlərini siz də kəşf edin.

decor
Şokolad

Antica Torroneria

Antica Torroneria 1885-ci ildən etibarən fındıqlı şokoladların və nuqaların istehsalını həyata keçirir. Şokoladlar qlütensiz məhsullardır.

decor
Şokolad

Caffarel

1826-cı il Pier Paul Caffarel tərəfindən yaradılan Caffarel İtaliya və Avropanın ilk şokolad markalarından biridir.

decor
Şokolad

Valor

Valor – 1881 – ci ildə yaranmış və 140 ildən artıqdır ki, fəaliyyət göstərən dünya şöhrətli tanınmış İspaniya brendidir. Şirkət keyfiyyətli və müxtəlif dadlarla sadə, laktozasız, qlütensiz və şəkərsiz şokoladlar istehsal edir.

decor
Şokolad

Confetti Maxtris

Confetti Maxtris 1969-ci ildən etibarən İtaliyada fəaliyyət göstərir. Şirkətin əsas istehsalı badamlı şokoladlardır.

decor
Şokolad

Chocmod

Chocmod, la Chocolaterie Moderne, 1948-ci ildə Fransanın şimalında yaradılmış ailə biznesidir. Ənənəvi Fransız trüfellərinin sənaye istehsalı üzrə dünya lideri olan Chocmod şokolad məhsullarını dünya üzrə öz brendi (Truffettes de France) və həmçinin özəl etiket altında paylayır.

decor
Şokolad

Guylian

Belçika istehsalı Guylian şokoladının adı bir sevgi hekayəsidir. Guy adlı şokolad istehsalçısı 1958-ci il Liliane ilə ailə qurur. Belçika sahillərində istirahət etdikdən sonra şokoladdan suvenir hazırlamağa qərar verirlər. Guylian Seafood (Dəniz məhsulları) hekayəsi də burdan başlayır.

decor
Şokolad

Meybona

Meybona 1923-cü ildən fəaliyyət göstərir. O vaxtlar Emil Meyerkamp və həyat yoldaşı Luise Löhnedə (Vestfaliya, Almaniya) qənnadı fabriki qurdular.

Bu gün Meybona hələ də orijinal yerindədir və kakao paxlasından hazır şokoladına (BEAN TO BAR) qədər irsi ənənəvi prosesə uyğun istehsal edir.

decor
Şokolad

Carlier Nougat

1925-ci il Belçikada nuqa şirniyyatına istehsalına başlayan şirkət hal-hazırda Avropanın ən böyük istehsalçılarından biridir.

decor
Şokolad

Zaini

Zaini, Milanın ən qədimi hesab edilən İtalyan şokolad fabrikidir. Şirkət 1913-cü ildə Luici Zaini tərəfindən yaradılmışdır. O, bütün dünyada müştərilərin etibarını qazanmağı bacarıb. Zaini fabrikinin uğurunun sirri detallara diqqət, istifadə olunan inqrediyentlərin keyfiyyəti və şirniyyatların əla dadındadır.

decor
Şokolad

Carstens - Schluckwerder

Schluckwerder və Carstens – Almaniyanın məşhur şirniyyat brendləridir və yüksək keyfiyyətli marzipan (badam pastası) məhsulları ilə tanınır. Brendin tarixi 1956-cı ilə dayanır və bu günə qədər ənənəvi reseptlər və müasir texnologiyalarla istehsal davam edir.

decor
Şokolad

Serra

Serra Industria Dolciaria – 1947-ci ildə İtaliyanın Novi Ligure şəhərində yaradılmış, müasir konfet və toffee istehsalçısıdır. İFS və ISO 14001 sertifikatlı fabriki gün ərzində 12 tonadək konfet istehsal edir. “Le Specialità Italiane” — qısa, təbii inqrediyentlərə əsaslanan DOP/IGP bölgələrindən meyvə ekstraktlı konfet seriyasıdır. 2018-dən bəri şəkərsiz və orqanik versiyalar, həmçinin sağlam meyvə barları istehsal olunur. Məhsulu 30-dan çox ölkəyə ixrac edilir, illik gəliri təqribən 7–8 milyon avrodur .

Təşəkkür edirik!

Sizin anketiniz müvəffəqiyyətlə göndərilib.

Mütəxəssislərimiz qısa zaman ərzində sizinlə əlaqə saxlayacaq.