Fermazza, Azərbaycanın və bütün Cənubi Qafqazın ekoloji cəhətdən ən təmiz bölgələrindən biri olan İsmayıllıda yerləşən südçülük fermasıdır
Sizi və yaxınlarınızı sevindirmək üçün ən yaxşı şirniyyatçıları işə cəlb etdik, dünyanın müxtəlif alkoqollu içkiləri, şokolad və çay brendləri ilə əməkdaşlıq etdik
Məhsulların çeşidləri daimi olaraq yenilənir və genişlənir: tort, şirniyyat, piroq, şokolad, çay, alkoqol, həmçinin öz istehsalımız olan süd məhsullarını Azza mağazalar şəbəkəsindən əldə edə bilərsiniz
“Azza” - sizin istənilən bayramınızı və ya ən adi görüşünüzü unudulmaz zövqlə bəzəyən, çoxillik təcrübə və biliklərə sahib, yaxşı təlim keçmiş, seçilmiş şirniyyatçılar və menecerlərdən ibarət mehriban heyətdən ibarətdir. Biz gün keçdikcə sizə daha da yaxınlaşmağa çalışırıq. Bu gün şəhərin hər yerində sizin üçün fəaliyyət göstərən 73 AZZA mağazası mövcuddur
Fermada inəklərə xüsusi qulluq olunur ki, bura xüsusi qidalanma rejimi, həmçinin sağlamlıq və təmizliyə gündəlik nəzarət daxildir. Hətta inəklər üçün yemləri də kimyəvi maddə istifadə etmədən öz əkin sahələrimizdə yetişdiririk. Bütün bunlar yüksək keyfiyyətli süd əldə etməyimizə yardım edir
Məhsullarımızın tərkibində konservantlar olmadığına və həqiqi inək südündən ibarət olduğuna görə yüksək keyfiyyətləri ilə fərqlənirlər. Məhz bu bizim məhsullarımıza xüsusi kənd dadı verir
Fermada istehsal olunan məhsul çeşidini genişləndirməyi, yeni növ eksklüziv pendirləri əlavə etməyi planlaşdırırıq